Fəlsəfəmiz

GƏLƏCƏYƏ BAXIŞIMIZ

Öhdəsinə götürdüyü yerli və beynəlxalq layihələrin hər birində başdan sonadək bütün proseslərdə ən yeni texnoloji üsul və avadanlıqlardan istifadə edən, daim işə davamlı inkişaf prinsipi ilə yanaşan və fəaliyyət göstərdiyi ölkələrinin iqtisadiyyatında yenilikçi addımlar ilə köklü dəyişikliklərə rəhbərlik edən aparıcı holdinqə çevrilmək.

MİSSİYAMIZ

Ölkə iqtisadiyyatında yüksək texnoloji imkanlara malik əlverişli işgüzar mühit formalaşdırmaqla beynəlxalq standartlara cavab verən tikinti məhsulları istehsal etmək və bu yolla həm qeyri-neft sektorunda daxili istehsalın payını artırmaq, həm də yanaşı xarici bazara rəqabətə davamlı məhsul çıxarmaqdır.

DƏYƏRLƏRİMİZ

İnsan

Hər bir fəaliyyətimizin mərkəzində insan durur. Biz sırf insanın əməyi ilə böyüyür, məhz insana xidmət etməklə yüksəlirik.

Təhlükəsizlik

Sağlam və təhlükəsiz mühitdə ərsəyə gələn məhsul həm istehsalçının qürur mənbəyi, həm də istehlakçının inam qaynağıdır. Biz hər zaman hamıya etibarlı sevinc yaşatmağa çalışırıq.

Yenilik

Yenilik axtarışında olmayan tükənməyə məhkumdur. Biz tükənməz olmaqla sizlərə sonsuzadək xidmət etmək əzmindəyik.

Əməkdaşlıq

Gücümüz birlikdədir. Əl-ələ verməklə gələcəyimizi möhkəm və sarsılmaz təməllər üzərində inşa edirik.

Mükəmməllik

Mükəmməllik əlçatmaz zirvədir. Lakin biz incəliklərdən irəli gələn çətinliklərə rəğmən hər zaman bütün işlərimizdə bu zirvənin axtarışında və izindəyik.