Rəhbərlik

Əfqan Məmmədov

“Afgan Holding” MMC-nin təsisçisi

Əfqan Nəsir oğlu Məmmədov 16 oktyabr 1986-cı il tarixində Şəki rayonunun Baş Göynük kəndində anadan olub. Əmək fəaliyyətinə 2006-cı ildə “Azər Sənaye Tikinti Dəmir Beton Şirkəti”nin Kadrlar şöbəsində baş inspektor vəzifəsində başlayan Ə.Məmmədov 2008-ci ildən 2012-ci ilə qədər bu şirkətdə mühəndis olaraq çalışıb. Daha sonra peşəkar fəaliyyətini Gəncə şəhərində yerləşən Qarışıq rejimli cəzaçəkmə müəssisəsində iş icraçısı kimi davam etdirən Ə.Məmmədov 2014-cü ildə “Azər Sənaye Tikinti Dəmir Beton Şirkəti” MMC-yə qayıdaraq burada əvvəl mühəndis, sonra isə baş mühəndis vəzifələrini icra edib. Onillik əmək fəaliyyəti ərzində qazandığı böyük təcrübədən yola çıxaraq kompleks layihələr reallaşdırmaq əzmində olan Ə.Məmmədov bu məqsədlə 25 noyabr 2016-cı il tarixində “Afgan Holding” MMC-ni təsis edib.

 

Cahangir Abdurəhmanov

“Afgan Holding” MMC-nin direktoru

Cahangir Təmraz oğlu Abdurəhmanov  10 avqust 1951-ci il tarixində Zaqatala şəhərində anadan olub. Əmək fəaliyyətinə 1973-cü ildə usta kimi başlayan C.Abdurəhmanov 1988-ci ilədək müxtəlif sahələrdə çalışaraq həmin il baş mühəndis vəzifəsinə qədər yüksəlib. Daha sonra bir sıra şirkətdə sədr vəzifəsini icra edən C.Abdurəhmanov əmək fəaliyyətini 2009-cu ildə “Azər Sənaye Tikinti Dəmir Beton Şirkəti” MMC-də direktor müavini vəzifəsində davam etdirib. O, 2010-cu ildən “Əfqan” firmasında, 2016-cı ildən isə “Afgan Holding” MMC-də direktor olaraq çalışır.

 

Oruc Məmmədov

“Afgan Holding” MMC-nin direktor müavini

Oruc Qədir oğlu Məmmədov 5 aprel 1957-ci il tarixində Şəki rayonunun Baş Göynük kəndində anadan olub. Əmək fəaliyyətinə 1975-ci ildə başlayan O.Məmmədov 1986-cı ilədək müxtəlif layihələrdə yer alıb. O, 2006-2016-cı illər ərzində “Azər Sənaye Tikinti Dəmir Beton Şirkəti” MMC-də ardıcıllıqla iş icraçısı, mühəndis və baş mühəndis vəzifələrini icra edib. O.Məmmədov 2016-cı ildən etibarən “Afgan Holding” MMC-də 2-ci direktor müavini vəzifəsində çalışır.

 

Bəhram Əmrahov

“Afgan Holding” MMC-nin direktor müavini

Bəhram Alxas oğlu Əmrahov 13 mart 1954-cü ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olub. Əmək fəaliyyətinə 1976-cı ildə maşinist kimi başlayan B.Əmrahov indiyədək bir sıra şirkətdə müxtəlif vəzifələrdə, o cümlədən baş mühasib, vitse-prezident və idarə heyətinin sədri vəzifələrində çalışıb. O, 2004-2016-cı illər ərzində “Azər Sənaye Tikinti Dəmir Beton Şirkəti” MMC-də iş icraçısı kimi fəaliyyət göstərib. B.Əmrahov 2016-cı ildən etibarən “Afgan Holding” MMC-də Maliyə işləri üzrə direktor müavini vəzifəsini icra edir.