Təsisçinin müraciəti

Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış sosial-iqtisadi islahatlar öz məntiqi nəticələrini göstərməkdədir. Ölkəmiz bazar iqtisadiyyatı yolunda inamla irəliləyir, dünya və xüsusilə də Avropaya inteqrasiya prosesi getdikcə sürətlənir. Azərbaycanda əlverişli investisiya mühitinin mövcudluğu, azad sahibkarlığa geniş imkanlar yaradılması, özəl sektora göstərilən hərtərəfli dövlət qayğısı ölkə iqtisadiyyatının inkişafına təkan verir. Ölkəmizin tərəqqisi və xalqımızın rifah halının yüksəldilməsi naminə müasir Azərbaycan iqtisadiyyatının inkişafında “Afgan Holding” olaraq yaxından iştirak etmək və bu inkişafa öz töhfələrimizi vermək mənim üçün qürurverici bir hissdir. 

Son bir neçə ildə "Afgan Holding" qazandığı nailiyyətlərə əsaslanaraq, Azərbaycanda güclu sosial-iqtisadi irəliləyişə töhfə verən ən böyük şirkətlərdən birinə çevrilib. Əldə etdiyi nailiyyətlərlə kifayətlənməyən şirkət fəaliyyət sahələrini daha da inkişaf etdirmək uğrunda səylərini müvəffəqiyyətlə davam etdirir. Çalışdığımız sektorlarla bağlı dünyadakı yenilikləri izləyərək tətbiq etmək, yüksək keyfiyyət və xidmət prinsiplərini qorumaq bizim prioritetimizi təşkil edir. Əlbəttə ölkəmizdə mövcud olan sabit iqtisadi şərait bizim də inkişafımıza öz müsbət təsirini göstərməkdədir.

 Bütün fəaliyyətimiz boyunca öz əməyini və dəstəyini əsirgəməyən bütün əməkdaşlarımıza, müştərilərimizə, iş ortaqlarımıza öz dərin minnətdarlığımı bildirirəm.