Laboratoriya

Laboratoriya xidməti

Şəki şəhərində yerləşən laboratoriyamızda tikinti materialları müəyyən ardıcıl mərhələlər əsasında sınaqdan keçirilir və bütün sınaq prosesinə mütəxəssislərimiz tərəfindən davamlı nəzarət olunur.

İlk öncə materiala baxış keçirilir. Bu mərhələdə materialın bütün xüsusiyyətləri təyin olunur. Sonra materialın tərkibinin fərqli şəraitdə dəyişib dəyişilmədiyi və dəyişilirsə hansı ölçüdə dəyişdiyi müəyyənləşdirilir. Daha sonrakı mərhələdə materialın çatdırılma prosesinin şəraitinə nəzarət aparılır. Sonuncu mərhələdə isə materialın düzgün istifadəsinə nəzarət olunur.

Laboratoriyamızda aşağıdakı tikinti məhsulları sınaqdan keçirilir:

  • Beton qarışıqları
  • Ağır və xırdadənəli betonlar
  • İnşaat məhlulları
  • Təbii sıx dağ süxurları, çınqıl və qırmadaş çınqıl
  • Tikinti işləri üçün qum
  • Beton üçün əlavələr

Tikinti məhsullarının sınaqdan keçirilmə növləri

1)      Beton və beton qarışıqlarında aşağıdakılar müəyyən olunur:

  • Hərəkətlilik (axıcılıq və ya sərtlik)
  • Məsaməlilik
  • Qatlaşma
  • Möhkəmlik
  • Şaxtaya davamlılıq
  • Su keçiriciliyi
  • Aşınma müqaviməti

 

2)      Qranulların tərkibinin müəyyənləşdirilməsinə dair sınaq növləri bunlardır:

  • Çınqıl hissəcikləri
  • Toz və gil hissəcikləri
  • Laylı və iynə formalı dənəciklər (bu dənciklərin yastılığı, uzunluğu və qırılması)
  • Çatlama
  • Zəif süxurlar
  • Şaxtaya davamlılığı
  • Toplu sıxlıq
  • Nəmlilik
  • Doğru sıxlıq və su udma
  • Üzvi qarışıqlar

 

3)      Qum dənəciklərin tərkibinin və dolğu materialının ölçülərinin müəyyənləşdirilməsi aşağıdakı sınaq növləri üzrə həyata keçirilir:

  • Doğru sıxlıq
  • Sıxlıq
  • Toz və gil hissəcikləri
  • Nəmlilik
  • Üzvi qarışıqlıq

 

4)      Kimyəvi əlavəyə dair aparılan sınaq işi:

  • Betona kimyəvi əlavənin səmərəliliyinin müəyyən edilməsi