“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov “Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icra vəziyyəti ilə tanış olub.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 19.07.2019-cu il tarixində “Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icra vəziyyəti ilə tanış olub, tikinti-quraşdırma işləri davam edən ərazilərə baş çəkib.