II Açıq Kommunal İnfrastruktur Layihəsi

2010-cu ilin dekabr ayında Almaniya İnkişaf Bankı (KFV), “II açıq Kommunal İnfrastruktur Proqramı – Mərhələ 1” Şəki, Kiş sugötürücü qurğusu, magistral boru xətti və su anbarının bərpası layihəsi üzrə keçirilən tenderin qalibi olmuş və nəzərdə tutulmuş işlərin tikintisini Beynəlxalq standartlara uyğun olaraq yerinə yetirmişdir. Uzunluğu 2274 m olan filt qaraleriyası, uzunluğu 2769 m olan magistral xətt , 1000 m²-lik 2 ədəd su anbarı, müasir standartlara cavab verən Xlorator binası və su təmizləyici qurğular tikilib quraşdırılmışdır.

 “II açıq Kommunal İnfrastruktur Proqramı – Mərhələ 2” layihənin 2-ci mərhələsi çərçivəsində hər bir tutumu 3000 kubmetr olan 3 ədəd su anbarı inşa edilmiş, 1000 kubmetr tutumu olan mövcud su anbarında təmir işləri aparılaraq istifadəyə verilmişdir. Bununla yanaşı 1-ci mərhələ çərçivəsində inşa edilmiş anbarlar sahəsindən yeni inşa edilmiş anbarlar arasında diametri 315-355 mm olan polietilen borulardan, diametri 159 mm olan polad borulardan qidalandırıcı xətlər inşa edilərək Şəki şəhərinin su tələbatı qismən təmin edilmişdir. Layihənin 2-ci mərhələsi üzrə inşaat işləri 2015-ci ilin yanvar ayında başa çatmışdır.

Layihənin 2-ci mərhələsi çərçivəsində şəhərin kanalizasiya şəbəkəsi və kollektorunun və elecə də su təchizatı şəbəkəsinin yenidən qurulması nəzərdə tutulur. Layihəyə əsasən diametri 200-500 mm olan kanalizasiya şəbəkəsinin uzunluğu 123 km, diametri 600-1200 mm olan kanalizasiya kollektorunun uzunluğu 8km, diametri 90 mm -355 mm olan su şəbəkəsinin ümumi uzunluğu isə 91 km təşkil edir. Bununla yanaşı hər birinin tutumu 1500 kubmetr olan 2 ədəd su anbarının inşa edilməsi də nəzərdə tutulmuşdur. Layihə başa çatdırıldıqdan sonra Şəki şəhərinin içməli su təchizatı və etibarlı kanalizasiya xidməti daha da təkmilləşdiriləcəkdir. Layihənin 2018-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.